ABŞ Türkiyə ilə həmsərhəd rayona zirehli texnika göndərdi

96

Hurriyyet.org xəbər verir ki, ABŞ Suriyaya çox sayda zirehli texnika göndərib.

ABŞ Mərkəzi Qüvvələr Komandanlığı (CENTCOM) Suriyanın şimalına “Sentinel” tipli radar və “Bradley” tipli çox sayda zirehli texnika göndərdiklərini açıqlayıb. Bu barədə açıqlamanı CENTCOM-un mətbuat nümayəndəsi polkovnik Bill Urban verib.

Urban bu silahların İŞİD ilə mübarizə edən ABŞ hərbçilərini qorumaq üçün göndərildiyini söyləyib: “ABŞ Suriyadakı hər hansı bir ölkə ilə döyüşmək niyyətində deyil. Lakin lazım olacağı təqdirdə koalisiya qüvvələrini qoruyacaqdır”.

Bundan əvvəl YPG/PKK terrorçularına açıq dəstək verən  ABŞ ordusunun əməkdaşı Urban bu texnikanın öz hərbçiləri tərəfindən istifadə ediləcəyini bildirib.