ABŞ Suriyada ələ keçirdiyi neft quyularının qorunması üçün ərəb döyüşçülərə 350 dollar verəcək

42

Min nəfər döyüşçüdən ibarət olması planlaşdırılan hərbi bölmə birbaşa Amerika qüvvələrinə tabe olacaq

Hurriyyet.org xəbər verir ki, ABŞ Suriyadakı neft sahələrində ərəblərdən ibarət hərbi qüvvələr yaradır.

Birləşmiş Ştatlar Suriyada Fərat çayının şərqindəki neft sahələrini təminat altında saxlamaq üçün SDQ adından istifadə edən YPG/PKK terror təşkilatının sıralarındakı ərəblərdən ibarət xüsusi qüvvə yaratmaqdadır. Yerli mənbələrdən əldə edilən məlumata görə, ABŞ YPG/PKK sıralarındakı yüzlərlə ərəbi yeni yaradılacaq özəl hərbi qüvvəyə cəlb eləmək üçün addımlar atmaqdadır. Yeni yaradılacaq özəl hərbi qüvvələrin Deyr əz Zorda Fərat çayı ətrafında yerləşən İran dəstəkli qüvvələrlə olacağı ehtimal edilən döyüşlərdə iştirak etməsi nəzərdə tutulur.

YPG/PKK terrorçuları ayda təqribən 100 dollar aldıqları halda, ABŞ yeni özəl hərbi qüvvələrin sıralarına keçənlərə ayda 350 dollar maaş verəcəkdir.

Suriya Ərəb Respublikasının işğal edilmiş torpaqlarında ABŞ-ın istismar elədiyi neft quyularına keşik çəkəcək ərəblər Suriya-İraq sərhədində yerləşən Şeddadi rayonunda təlim keçəcəklər.

Min nəfər döyüşçüdən ibarət olması planlaşdırılan hərbi bölmə birbaşa Amerika qüvvələrinə tabe olacaq.

Hurriyyet.org