ABŞ, Rusiya və Çindən sonra Türkiyədə! – Beşinci nəsil qırıcılar istehsal ediləcək

153

Hurriyyet.org xəbər verir ki, Türkiyənin Aerokosmik Sənaye şirkəti (TUSAŞ) tərəfindən hazırlanan beşinci nəsil qırıcıların 2029-ci ildə TR Motor şirkətinin istehsal elədiyi yerli motorlarla uçması planlaşdırılır.

Bu barədə xəbər “Türkiyə Qazetesi”ndə verilib.

Türkiyənin milli qırıcısının Avropanın ən yaxşı hərbi təyyarələri sırasında olması gözlənilir. Tədricən Türkiyə Silahlı Qüvvələrinin ixtiyarındakı F-16-ları əvəzləyəcəyi gözlənilən təyyarələrin istehsalından sonra Türkiyə dünyada ABŞ, Rusiya və Çinin ardınca 5-ci nəsil qırıcıları istehsal edəcək texnologiyaya malik ölkələr sırasına qoşulacaq.

Hurriyyet.org