ABŞ qlobal COVID-19 peyvəndi proqramında iştirak etməyəcək

81

Hurriyyet.org xəbər verir ki, ABŞ prezidenti Donald Tramp dünya miqyasında potensial olaraq koronavirus peyvəndini hazırlamaq, istehsal eləmək və yaymağı hədəfə alan qlobal  birlikdə iştirak etməyəcəklərini açıqlayıb.

Ağ Evin mətbuat katibi Cadd Dir Ümumdünya Səhiyyə Təşkilatının iştirakı ilə aparılan Kovid-19 vaksinlərinə qlobal çıxış proqramında (Covax) iştirak etməyəcəklərini bildirib.