ABŞ qırıcıları Egey dənizinin səmalarında!

72

Hurriyyet.org xəbər verir ki, Yunanıstanın Baş Qərargah rəisi ABŞ-a məxsus məşhur B-52 təyyarələrinin Rodos üzərindən keçdiyini əks etdirən fotoları paylaşıb.

Yunanıstanın Baş naziri Kiriakos Miçotakis isə indiyə qədər Afina tərəfindən ən mülayim açıqlamalardan birini edərək, Türkiyə ilə yüksək səviyyəli diplomatlar vasitəsilə danışıqlar aparıldığını bildirib.

Miçotakis çərşənbə axşamı etdiyi çıxışda deyib: “Möhtərəm Prezident R.T.Ərdoğan ilə görüşmədik, lakin müşavirlərimiz təmas halındadırlar. Bunun mühüm olduğunu düşünürəm… Əgər belə davam edərsə, çox tez bir zamanda müsbət danışıqların başladılmasına açığam”.

Digər tərəfdən isə Yunanıstanın Baş Qərargahı çərşənbə günü ABŞ-ın məşhur B-52 qırıcılarının son bir ay ərzində ikinci dəfə Egey dənizinin səmalarında uçduğunu bildirib.

NATO əməliyyatı çərçivəsində İngiltərədən havaya uçan iki B-52 təyyarəsi Fransa, İsveçrə və İtaliyanı keçib Yunanıstanın hava məkanına daxil olub və Yunanıstana məxsus dörd F-17 qırıcısını müşayiət edib.

Bundan əvvəl 28 avqust tarixində də bənzər uçuş həyata keçirilmişdi.