ABŞ qərar verdi! Yaxın Şərqdən getməyəcəklər

429

Hurriyyet.org xəbər verir ki,  ABŞ Müdafiə Nazirliyi “USS Nimitz” təyyarə gəmisinin Yaxın Şərqdə qalmasını qərara aldıqlarını bəyan edib. General Süleymaninin qətlinin ildönümü olan 3 yanvar tarixində Pentaqon İran liderlərinin ABŞ Prezidenti Donald Trampın ünvanına təhdidlər yağdırdığını bildirərək, aviadaşıyıcının İran körfəzindən çıxarmamaq qərarının verildiyini açıqlayıb.

Pentaqonun 31 dekabr açıqlamasında, İranın mümkün hücumlarından zərər çəkməməsi üçün regionda yerləşən “USS Nimitz” təyyarə gəmisinə ölkəyə qayıtmaq göstərişi verildiyi bildirilirdi.