ABŞ PEZİDENTLƏRİNİ MÜƏYYƏNLƏŞDİRƏN MALİKANƏ NİYƏ DAĞIDILDI? – Yeni düzən silahla deyil, pulla qurulur – ARAŞDIRMA

54

Çox maraqlı hadisələr baş verir. Xüsusilə ABŞ mətbuatında inanılması çətin olan mövzulara yer verilir. Çox gizli olan sahələrə girilir. Dəhlizlərə gedilir. Təəccüblənməmək mümkün deyil.

Daha öncə başqa mövzuları aydınlatmaq üçün haqqında bəhs etdiyim bölgə indi, biz bilməsək də, görünməyən manşetlərdədir. Bütün dünyaya təsir etdiyinə görə bizim üçün də önəmlidir.

Vaşinqtona gedənlər bilir, Potomak çayı şəhəri, demək olar ki, iki yerə bölür. Corctaundan qarşı tərəfə keçsəniz, yol sizi 10 dəqiqə içində MKİ-nin mərkəzinə (Aleksandriya qəsəbəsi – tərc.) doğru aparacaqdır. MKİ-nin mərkəzinin yerləşdiyi bu bölgə dünyanın ən dəyərli evlərinin olduğu Maklinə (Şimali Virciniyada bahalı bölgə – tərc.) dayanır. Bu bölgə dünyanın qəlbi kimidir. Maklin çoxsaylı romanların, filmlərin mövzusudur. Bu künc yazısına sığmaz. Gəlin, bu gün, müəyyən çərçivədə qalmaqla, buradan başlayaq.

Bu günədək ABŞ-da 45 prezident olub. Son prezident Donald Tramp 2017-ci ildə “dərin dövlət” ifadəsini işlətdi. Bu günədək heç bir ABŞ prezidentinin cəsarət edib deyə bilmədiyini dilə gətirdi. J.F. Kennedinin bir toplantıda ““Dərin dövlət” mənim qədər güclü deyildir” söyləməsindən cəmi 49 gün sonra öldürülməsi, əslində, Trampın böyük riskə getməsinin sübutudur.

Bir mason paytaxtı olaraq Vaşinqtonun, təbii, gizli kodları çoxdur. Tramp 2017-ci ildə “dərin dövlət” ifadəsini işlətdikdən sonra, düz, 23 dəfə “dərin Amerika”ya meydan oxudu. Tramp sui-qəsdi də, ailəsinin tam ortadan qaldırılması riskini də dəfələrlə gözə aldı. Çox az adam yazdı, amma həqiqət bu idi. Lakin Trampın unutduğu bir həqiqət var idi. ABŞ-da seçkidə hansı namizədin qalib gələcəyi haqqında qərar Vaşinqton Kolumbiya Dairəsinin önəmli bölgəsi olan Maklindəki bir malikanədə verilir. Kimin necə kampaniya aparmasının, nə vəd etməsinin bir önəmi yoxdur. ABŞ təsadüflərə yer verməz.

Son 40 ildə ABŞ-ın Ağ Evdə yaşayan prezidentlərinin hamısı – Ronald Reyqan, Corc H.W. Buş, Bill Klinton, Corc W. Buş, Barak Obama və Donald Tramp prezident olacağını seçkidən aylar öncə Maklindəki bu evdə öyrəndi. Buradakı evlər malikanədir, adi evlər deyildir. Böyük ərazilərin içində, önlərində lüks avtomobillər olan və təhlükəsizliyi qüsursuz şəkildə elektron sistemlə təmin edilən evlərdir. Buradakı ən kiçik evlərdən biri Dik Çeyninindir. Artıq gerisini özünüz düşünün.

Bu bölgədə kimin qalib gələcəyi müəyyən edilərkən, El Qor, Kerri, Mit Romni və ya Hillari Klinton kimi şəxslər də “məğlublar klubu”na daxil edilirdi. Bütün önəmli şəxslər Maklindəki malikanəni tanıyar və seçkidən aylar öncə ona “prezidentlik vəsiqəsi” verilib-verilməyəcəyini anlayardı. Hər kəs öz rolunu oynayardı.

Ötən ay Maklindəki həmin malikanə dağıdıldı. ABŞ-ın “dərin dövləti”ni idarə edən ailənin yaşadığı o malikanə artıq yoxdur. Nə üçün dağıdıldığını bilən də yoxdur. Yəni, bu barədə yazanlar arasında yoxdur. Deməli, ABŞ-da “dərin çevriliş” baş verib“Dərin dövlət” yer, əl dəyişdirib. Baxın, bu, koronavirus pandemiyası nəticəsində böyük sancılar yaşadığımız mövcud iqlimdə baş verən ən önəmli dəyişiklikdir. Bizim isə xəbərimiz yox idi. Bu, yeni bir dövrdür“Dərin ev”in sökülməsi ABŞ-ın strategiya dəyişikliyinə getməsinin sübutudur. Bu, çox sürətli və kəskin bir dəyişiklikdir.

Maklindəki həmin malikanə savaşları çox sevirdi. 40 il ərzində Argentina-İngiltərə (Folklend adaları), SSRİ-Əfqanıstan, İran-İraq, Xorvatiya, Bosniya, Kosova müharibələri, iki Körfəz müharibəsi, eyni zamanda “Ərəb baharı” kimi bir çox dalğalanma Maklindəki malikanənin kitabxanasında qərarlaşdırıldı. Bu qədər böyük gücə sahib olan ailə, malikanə və “dərin dövlət” öz yerini başqa bir gücə buraxdı.

Deməli, bu gücün öncəliyi müharibə deyildir. İstəsəydi, müharibə törətmək onlar üçün çox asandır: Hörmüz boğazında amerikan hərbçilərinə bir raket gələr, ABŞ donaması buna görə İranın məsuliyyət daşıdığını açıqlar, sonra İrandan bir neçə ölkəyə raket atılar və müharibə başlardı. Hələlik buna ehtiyac yoxdur.

Çox böyük iqtisadi xaos lazım idi. Virus seçimi önəmli idi. Hazır və sadəcə bir neçə dəqiqəlik əməliyyata bağlı idi. Elə də oldu. Virus Çinin Uhan şəhərindən başlayaraq bütün dünyaya yayıldı. Əslində hər yerə Uhandan yayılmadı. Detallar çox önəmli deyildi. Nəticə önəmli idi və ABŞ planlaşdırdığı nəticəyə doğri irəliləyirdi.

Dərin strukturlar daxilində də anlaşılmazlıqlar olur. Dəyişikliyi qəbul etməyənlər neytrallaşdırılır. Bəlkə də Reyqan dövründən bəri yorulan bu güc yeni dünyanın qurulması yolunda ABŞ qarşısında duran ən böyük əngəl idi. Nəticələrə baxılarsa, “dərin struktur”un bunu əngəl olaraq gördüyü və neytrallaşdırdığı aydın olur. İndi yeni, yenilənmiş texnologiyaya uyğunlaşmış “dərin Amerika” vardır.

Döyüş gəmilərini min millərlə uzaqlara üzdürərək, döyüş təyyarələrini havalandıraraq, böyük qanlı qətliamlar törətmək və ya terror təşkilatları ilə sistem dəyişdirmək çox baha başa gəlir. Bunlar istifadə edildi və sınaqdan keçirildi. Artıq terror təşkilatlarının Vaşinqtonla əlaqəsinin olduğunu bilməyən yoxdurYeni dövrdə terror təşkilatları lokal əməliyyatlar üçün istifadə ediləcəkƏgər bir virus dünyadakı mövcud sistemi dəyişdirə bilirsə, nə terror təşkilatlarına, nə də müharibələrə ehtiyac yoxdur. Lakin müharibə qəlibinin tam yox edilməsi də mümkün deyildir. Çünki viruslar da çox ağır iqtisadi nəticələrə səbəb olur. Koronavirus pandemiyasının iqtisadi zərəri 40 trilyon dolları aşdıYəni, əməliyyatın maliyyə yükü az olsa da, nəticələri çox ağırdır.

Digər tərəfdən, viruslardan davamlı istifadə etmək də risklidir. Çünki psixologiyası pozulan cəmiyyətləri idarə etmək asan olmaz. İndi pandemiya sonrası dövrdə insanlar əmr almağa hazır görünürlər. Ancaq ard-arda infeksiya yayılmağa başlayarsa, hər bir fərdin özbaşına qərar verməsinin önü açıla bilər. Bu səbəblə, koronavirus epidemiyası qədər təsirli olan bir infeksiyanın yaxın zamanda yayılması çətin görünür.

Artıq diqqət edilməli olan məsələ dağıdılan “dərin ev”in yerinə nəyin qoyulmasıdır. Silahın bir addım geriyə çəkildiyi nizamın astanasındayıq. II Dünya Müharibəsindən sonra qurulan sistemin qurumlari ilə birlikdə sarsıldığı bir dövrdəyikHər kəs və hər şey üçün dəyişiklik qapıdadır. Çünki dəyişikliyi öz daxillərində başlatdılar. Ağıllarımızı birləşdirib ortaq ağılla yeni tezliyi tutmalıyıq. Ələlxüsus, pulun (yeni pul nəzərdə tutulur – tərc.) önəmini anlamalıyıq…

Ərgün Dilər

“Takvim”, Türkiyə, 07 may 2020-ci il

Tərcümə Strateq.az-ındır