“ABŞ özü Cənubi Qafqaza girmədiyinə görə, indi Türkiyəyə dəstəyini bildirir” – POLİTOLOQ

153

“ABŞ hər zaman istəyib ki, Rusiya Cənubi Qafqazı əlinə keçirtsin. Burda da ABŞ-ın böyük maraqları var. İndi də fikir versəniz görərsiniz ki, ABŞ Cənubi Qafqaza girmir, nə də prosesə dərindən müdaxilə edir. Çünki, burda Rusiya faktoru var. Gürcüstan məsələsində də ABŞ eyni siyasəti aparıb

Bunu Hurriyyet.org-a açıqlamasında politoloq Ramiyə Məmmədova bildirib. O, ABŞ-ın Cənubi Qafqaza girmədiyinə görə, Türkiyəyə dəstək göstərdiyini deyib:

Prosesdə əsas ölkələrdən biri də Türkiyədir. Türkiyəni də dəstəkləyən ölkə ABŞ-dır. Sözsüz ki, ABŞ-ın ikincisi ordusu NATO-dur. NATO-nun rəhbəri də bildirib ki, biz Türkiyənin siyasətini dəstəkləyirik. Türkiyənin Cənubi Qafqazda olmasını və yürütdüyü siyasəti NATO dəstəkləməlidir. NATO-da ABŞ-a bağlıdır. ABŞ NATO-nun birinci dövlətidir. ABŞ eyni zamanda Türkiyəylə də müttəfiqdir. Baxmayaraq ki, F-35-lərlə bağlı bəzi problemlər ortaya çıxır və yaxuda da digər məsələlərlə bağlı ortaq məxrəcə gələ bilmirlər. Bu o demək deyil ki, Türkiyəylə ABŞ müttəfiq ola bilməz. Bu ölkələr hər zaman müttəfiq olub və olacaqdır. Bu danılmazdır. ABŞ hər zaman istəyib ki, Rusiya Cənubi Qafqazı əlinə keçirtsin. Burda da ABŞ-ın böyük maraqları var. İndi də fikir versəniz görərsiniz ki, ABŞ Cənubi Qafqaza girmir, nə də prosesə dərindən müdaxilə edir. Çünki, burda Rusiya faktoru var. Gürcüstan məsələsində də ABŞ eyni siyasəti aparıb. ABŞ özü Cənubi Qafqaza girmədiyinə görə, indi Türkiyəyə dəstəyini bildirir. Çünki, Türkiyə Rusiyayla həm müttəfiqdir, həm də üz-üzə gələ bilən iki dövlətdir ki, Cənubi Qafqazda sözünü diqtə edə bilir”.

YƏHYA