ABŞ ORDUSU 2040-CI İLƏ HAZIRLAŞIR – Yeni bir dünya müharibəsi olacaq?

102

Hurriyyet.org xəbər verir ki, ABŞ ordusu 2040-cı ilin hərbi texnologiyasına investesiya qoymağa davam edir. “Neşnl İnterest” adlı hərbi analiz jurnalı ABŞ-ın bu tədbirləri ilə bağlı “ABŞ ordusu 2040-cı illər üçün müharibəyə hazırlaşır: Görən düşmən Rusiya, Çin, yoxsa Şimali Koreyadır?” başqlıqlı məqalə dərc edib.

ABŞ ordusunun 2040-ci illərdə baş verməsi gözlənilən müharibəyə hazırlaşdığı iddia edilir. Bu çərçivədə yerdə və havada hərəkət edən robotlara nəzarət edən tanklar, süni zəka ilə idarə edilən kəşfiyyat və hədəflərmə işləri, saniyənin mində biri sürətilə ediləcək hücumlar, yerdən və havadan atıla bilən lazerlər və formasını dəyişdirə bilən dronlar üzərində işlər aparılır.

Fransanın “Neşnl Interest” hərbi analiz jurnalının xəbərinə görə, ABŞ-ın Virciniya ştatındakı “Fort Eustis” bazasında işləyən bir qrup xüsusi mütəxəssis onilliklər sonra üçün “Gələcək planlar” çərçivəsində silahlar, texnologiyalar və hərbi imkanların artırılması istiqamətində işləyirlər.

ABŞ ordusunun “gələcəyini hazırlayan” Gələcək komandanlığının tabeliyində fəaliyyət göstərən Hərbi Qabiliyətlərin İnkişafı Komandanlığı yalnız yeni silahlar inkişaf etdirməyə yox, həm də yeni silahların yeni hərbi konsepsiyalarla uzlaşmasına xidmət edirlər.

ABŞ ordusu Gələcək Komandanlığının başçısı general Con Mirrey deyib: “Əvvəlcə gələcəyin konsepsiyasını hazırlayırıq, sonra “kaş” deyirik. Bəlkə o konsepsiyanı bu gün həyata keçirməyəcəyik, lakin bu gün düzgün sahələrə investisiya qoysaq, 15 il sonra “kaşki”lər həqiqətə çevrilə bilər”.

Hurriyyet.org