ABŞ nüvə silahı üzrə saziş imzalamağa ümid edir – Rusiya və Çinlə

144

Amerika Birləşmiş Ştatları (ABŞ) nüvə silahı məsələsi üzrə Rusiya və Çinlə razılığa nail olmağa ümidlidir. Bu barədə prezident Donald Trampın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Robert O’Brayen “ bəyan edib.

“Vaşinqton Post” qəzetidə dərc olunmuş məqaləsində O’Brayen “ bəyan edib ki, iyun ayından Rusiya ilə Strateji hücum silahlaı-3 (SHS-3) müqaviləsi üzrə danışıqlar aparılır və bu zaman «ehtiyatlı optimizm» yaşanır. ABŞ hakimiyyəti ehtimal edir ki, Moskva və Pekinlə silahlar üzrə çərçivə nəzarəti razılaşmasına nail olmaq imkanları mövcuddur.

Xatırladaq ki, bundan əvvəl ABŞ-da SHS-3 müqaviləsini yeni silahların böyük çevrəsinə qədər genişləndirməyi və yeni müqaviləyə Çini də əlavə etməyi nəzərdə tuturdular. /AzPolitika.info/