ABŞ müdaxilə edəcəkdi. İran tarix verdi. Ard-arda gəlirlər

66

Hurriyyet.org xəbər verir ki, İranın Venesuelaya göndərdiyi benzin yüklənmiş üçüncü tankerin Venesuela sahillərinə çatdığı, qalan tankerlərin də 1 iyun tarixinə qədər bu ölkəyə çatdırılacağı bildirilir.

Birinci tanker şənbə günü, ikincisi isə dünən Venesuela sahillərinə yan alıb. İran dövlət televiziyası ümumilikdə 1 milyon 53 min barrel yanacaq daşıyan beş benzin tankerinin Venesuelaya doğru yola çıxdığını xəbər verib.

Dünyanın ən böyük neft ehtiyatlarına malik ölkələrdən olan Venesuela ABŞ-ın tətbiq elədiyi sanksiyalar və iqtisadi böhran səbəbindən neftayırma müəssisələrini işə sala bilmir. ABŞ-ın ağır sanksiyalar tətbiq elədiyi İran isə istehsal elədiyi benzini satmaqda çətinlik çəkir.

Venesuela prezidenti Nikolas Maduronun neftayırma müəssisəslərinin işləməməsi səbəbindən ölkədəki benzin çatışmazlığını aradan qaldırmaq üçün İrandan yardım istəməsindən sonra beş tanker Venesuelaya göndərilib.

“Röyters” agentliyinə müsahibə verən ABŞ iqtidarından olan mənbə İranın Venesuelaya benzin tankerləri göndərilməsinə qarşı görüləcək tədbirlərin müzakirə edildiyini bildirmişdi.

Hurriyyet.org