Hurriyyet.org xəbər verir ki, ABŞ-da baş verən son hadisələrdən sonra hökumətin bəzi üzvlərinin mövcud Prezident Donald Trampı Konstitusiyanın 25-ci maddəsinə əsaslanaraq vəzifəsindən çıxarmaq niyyətində olduqları iddia edilir. “ABC News” nəşrinin yazdığına görə, vitse-prezident Mayk Pensin bu təklifi dəstəkləyib-dəstəkləmədiyi bəlli deyil.
1965-ci ildə qəbul edilən Konstitusiyanın 25-ci maddəsinin 4-cü bəndinə əsasən, president öz postunu könüllü şəkildə tərk eləməsə, ona qarşı prosedura başladıla bilər. Lakin indiyə qədər heç kimə qarşı bu maddədən istifadə edilməsinə ehtiyac olmayıb.