ABŞ Maduronu qaçırmaq istəyib – ŞOK

153

Hurriyyet.org xəbər verir ki, Venesuelada yaxalanan amerikalıların məqsədinin ölkənin qanuni prezidenti Nikolas Maduronu qaçırmaq olduğu bəlli olub.

Venesuela prezidenti N.Maduro ölkəyə daxil olarkən yaxalanan amerikalı Aleksandr Denmanın istintaq zamanı çəkilən videosunu öz “Tvitter” hesabında paylaşıb.

Denman ifadəsində “SilverCorp” şirkətinin baş direktoru Cordan Qodrau tərəfindən Venesuelada bir sıra təxribatlar həyata keçirilməsini planlaşdırıldığını, Kolumbiyada bir qrup venesuelalının təlimləndirilib əməliyyatlar keçirmək üçün Venesuelaya gedəcəklərini bildirib. Denman əməliyyatı həyata keçirəcəyi təqdirdə Qodreudan 50-100 min dollar mükafat alacağını da bildirib. Videoda Denman Venesuelaya gəlişinin məqsədini belə izah edir: “Cordandan aldığım yeganə tapşırıq Maduronu təyyarəyə qədər təhlükəsiz şəkildə apara bilməyimiz üçün hava limanına nəzarəti ələ keçirmək olub”.

Denman özünü Venesuelanın müvəqqəti prezidenti elan eləmiş Xuan Quaydo ilə “SilverCorp” arasında razılaşma olduğunu,  Cordan Qodreunun ABŞ prezidenti Donald Trampa xidmət elədiyini, “SilverCorp” şirkətinin onları silah və digər vasitələrlə təchiz elədiyini də söyləyib.

Hurriyyet.org

Venezuela’da yakalanan ABD'lilerin amacı, Devlet Başkanı Nicolas Maduro'yu kaçırmakmış.

“Aldığım tek talimat, Maduro'yu uçağa kadar güvenli bir şekilde götürebilmemiz için havaalanının kontrolünü ele geçirmemdi."Venezuela’da yakalanan ABD'lilerin amacı, Devlet Başkanı Nicolas Maduro'yu kaçırmakmış.https://www.trthaber.com/haber/dunya/venezuelada-yakalanan-abdlilerin-amaci-maduroyu-kacirmakmis-482405.html

Gepostet von TRT Haber am Donnerstag, 7. Mai 2020