ABŞ məxfi xidmətinin onlarla agenti Trampın səyahətlərindən dolayı koronavirusa yoluxub

54

ABŞ prezidenti Donald Trampın ölkə içi səyahətləri onun mühafizəsini təşkil edən məxfi xidmətin əməkdaşları üçün əsl başağrısına çevrilib.

“The Washington Post” qəzetini yazdığına görə, prezident Trampın ötən ay Tampa şəhərində (Florida ştatı) şeriflər (polis rəisləri-red.) qrupu qaşrısında çıxışı ərəfəsi onu müşayiət edən cangüdənlər dəstəsində koronavirusa kütləvi yoluxma halı qeydə alınıb.

Belə ki, prezidenitn təyyarəsi bu ilin iyul ayın 31-də Tampa hava limanında enən zaman məxfi xidmətin 1 əməkdaşının COVİD-19-a tutulduğu ortaya çıxıb və onunla bərabər azı 5 nəfər dərhal qrupdan kənarlaşdırılıb.

Trampadakı insidentdən sonra Donald Trampı Bedminsterdəki şəxsi klubunda, qolf oynayarkən qorumalı olan 2 cangüdəndə də koronavirusun əlamətləri görünüb. Qəzetin yazıdığına görə, Bedminsterdəki hadisənin yayılmaması üçün yuxarıdan sərt göstəriş gəlib.

“The Washington Post” son iki ayda prezident Doanld Tramp və vitse-prezident Maykl Pensi kütləvi tədbirlərdə qorumalı olan onlarla agentin virusa yoluxduğunun təsbit edildiyini bildirib. Buna rəğmən Ağ Evin rəhbərliyi çoxsaylı insanın toplandığı tədirlərdə çıxış etməkdən çəkinmir. Məsələn bu həftənin 4-cü günü o, Respublikaçılar partiyasının 1500 nəfərin iştirak etdiyi qurultayına təşrif buyurub. Dövlət başçısının 70 dəqiqəlik çıxışı zamanı orda oturanların çox azının sifətində maska görünüb.