“ABŞ Lukaşenkonu Belarus Prezidenti kimi tanımır”

36

Hurriyyet.org xəbər verir ki, ABŞ Xarici İşlər Nazirliyinin mətbuat katibi Morqan Ortaqus Belarus Prezidenti Aleksandr Lukaşenko ilə bağlı açıqlama verib. Bəyanatda deyilir: “ABŞ Aleksandr Lukaşenkonu Belarusun seçilmiş qanuni lideri olaraq tanıya bilməz. Qarşılarındakı yol Belarus xalqının müstəqil müşahidə altında aparılacaq azad və ədalətli seçkilərdə öz liderlərini seçmə haqqından istifadə eləmələrini təmin edəcək milli dialoq olmalıdır”.

Mətbuat katibi ABŞ-ın Belarusda 9 avqustda keçirilən prezident seçkilərinin azad və ədalətli olduğuna inanmadığını bir daha bildirib. Ortaqus deyib: “Elan edilən nəticələr saxtadır və qanuni hesab edilmir”.

ABŞ Xarici İşlər naziri Mayk Pompeo fevral ayında Belarusa səfər edərək Lukaşenko ilə görüşmüş, hərbi və iqtisadi əlaqələrdə yaxın əməkdaşlıq vəd eləmişdi.