ABŞ-la bağlı şok xəbər – Ölkə nəzarətdən çıxdı

21

Hurriyyet.org xəbər verir ki, ABŞ-ın Minneapolis ştatında qaradərili Corc Floydun polis zorakılığının qurbanına çevrilməsindən sonra ölkədə baş verən kütləvi iğtişaşlar, törədilən yanğınlar, polis maşınlarının atəşə tutulması ölkədə xaos yaradıb.

Wall Street Journal və NBC News tərəfindən aparılan sorğu ABŞ-da Floydun ölümü, yeni tipli koronavirus epidemiyası, epidemiya nəticəsində yüz mindən artıq insanın ölməsi ilə bağlı böhranlarla bağlı ciddi nəticələr əldə edib.

Respublikaçıların 48 faizi etiraz nümayişlərinin onları Floydun ölümündən daha artıq narahat etdiyini bildirib, demokratların 81 faizi isə bunun əksini söyləyib.

Əhalinin 80%-i Floydun polis zorakılığı nəticəsində həlak olmasından sonra ölkənin nəzarətdən çıxdığı fikrindədir.

Demokratların 75%-i Kovid-19 epidemiyasının qarşısının alınmasının və vəziyyətin normallaşmasının bir ildən uzun müddət davam edəcəyini bildirib, ABŞ prezidenti Donald Trampa dəstək verən respublikaçıların 32%-i epidemiyanın nəzarətdə olduğu fikrindədir.

Sorğunun nəticələrinə görə, Trampın gördüyü tədbirlərin dəstəklənməsi aprel ayı ilə müqayisədə cəmi 1 faiz azalaraq 45%-ə düşüb.

Demokratlar partiyasından prezidentliyə namizəd Co Baydeni isə əhalinin 49%-i dəstəkləyir.

Hurriyyet.org