ABŞ koronavirusla mübarizə üçün Azərbaycana avadanlıq göndərdi

36

Yeni növ koronavirus infeksiyası (COVID-19) ilə mübarizə çərçivəsində ABŞ Azərbaycana zəruri avadanlıq göndərib.

Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin “Facebook” səhifəsində bildirilib.

“ABŞ-ın Avropa Komandanlığı və USAlD COVlD-19 virusu ilə mübarizə səylərini dəstəkləmək üçün zəruri avadanlığı Azərbaycan Qida Təhlükəsizliyi İnstitutuna təqdim edib”, – məlumatda qeyd olunub./apa/