ABŞ İranla birgə bu terrorçulara dəstək verir – ABŞ eksperti

123

Barak Obamanın prezidentliyi dövründə PKK ilə əməkdaşlığın qurulması ABŞ-Türkiyə münasibətlərinə böyük zərər vurdu.

Axar.az xəbər verir ki, bunu amerikalı ekspert Maykl Doran deyib.

O bildirib ki, Obama PKK-nın Suriya qoluna dəstək verməklə böyük siyasi qalmaqala imza atdı:

“Vaşinqton bu münasibəti gizlətmək üçün YPG-nin adını “Suriya Demokratik Qüvvələri” kimi dəyişdi. Vaşinqton Tehran və Moskva ilə paralel şəkildə Suriyada PKK-ya köməklik göstərir”.

M.Doran qeyd edib ki, ABŞ Türkiyə ilə səmərəli şəkildə çalışmaq üçün bu ölkənin PKK mövzusundakı mövqeyinə hörmətlə yanaşmalıdır:

“ABŞ-ın təkcə Ərdoğanla deyil, Türkiyə ilə problemi var. Bu problemi ABŞ özü-özünə yaradıb”.