ABŞ-ın vitse-prezidenti Mayk Pensə müraciət olundu: “Trampı uzaqlaşdır”

507
Bu gün, 7 yanvar, Capitoli binasına hücumdan və departamentdəki bir neçə ofis zəbt edildikdən sonra Senat və Konqres işinə davam edib. Ardınca ABŞ Konqresi Baydenin qələbəsini təsdiqlədi və indi vitse-prezident Pensdən Trampın qəfil, gözlənilməz nəticələri ola biləcək hərəkətlərindən qorxduqları üçün hakimiyyəti Trampdan alması istəndi. Bu barədə Nümayəndələr Palatasının üzvü David Sisilininin CNN, Axios və Twitterdə paylaşımlarına istinadən xəbər verilir.
Belə ki, Nümayəndələr Palatasının üzvü David Sisilini ABŞ-ın vitse-prezidenti Mike Pensdən Trampı 22 yanvar tarixindən əvvəl vəzifəsindən uzaqlaşdırmasını istədi. ABŞ prezidentini “iş qabiliyyətini itirmiş” elan etmək istədikləri qeyd olunur. Tramp, Kapitoliyə hücum edən tərəfdarlarını təhrik etməkdə günahlandırılır. Trampın vəzifəsindən uzaqlaşdırılması əvvəllər tətbiq olunmayan 25-ci düzəliş sayəsində baş verə bilər. Respublikaçılar Partiyasının yeni iğtişaşlardan qorxaraq Trampın vəzifəsindən kənarlaşdırılmasına dəstək ola biləcəyi vurğulanır.

Tərcümə etdi: Ülviyyə ŞÜKÜROVA