ABŞ-ın ticarət kəsiri 8% artıb

315

2020-ci ilin noyabr ayında ABŞ-ın ticarət dövriyyəsinin kəsiri aylıq müqayisədə 8% artaraq 68,1 mlrd. ABŞ dolları təşkil edib.

APA-Economics”in ABŞ-ın ticarət nazirliyinə istinadən verdiyi məlumata görə, ABŞ-ın idxalı noyabrda 2,9% artaraq 252,3 mlrd. dollar təşkil edib, ixrac isə 1,2% artaraq 184,2 mlrd. dollara çatıb.

Qeyd edək ki, iqtisadçıların proqnozlarına görə, ölkənin ticarət dövriyyəsinin mənfi saldosu noyabrda 67,3 mlrd. dollar təşkil etməli idi.

Xatırladaq ki, 2020-ci ilin on bir ayında ABŞ-ın Azərbaycana ixracı 592,871 mln. dollar, Azərbaycandan idxalı isə 21,299 mln. dollar təşkil edib.