ABŞ-ın keçmiş müdafiə nazirlərindən orduya çağırış: “Qarışmayın” – Tramp yenidən prezident ola bilər

984

Hurriyyet.org xəbər verir ki, ABŞ-ın on nəfər keçmiş müdafiə naziri – Eşton Karter, Dik Çeyni, Vilyam Kohen, Mark esper, Robert Qeyt, Çak Heygel, Ceyms Mettis, Leon Panetta, Vilyam Perri və Donald Ramsfeld “Vaşiqnton Post” qəzetində açıq məktubla müraciət edərək, Amerika hərbçilərini 3 noyabr tarixində keçirilmiş seçkilər ətrafındakı mübahisələrə qarışmamağa və hakimiyyətin Cozef Bayden ilə komandasına verilməsinə kömək eləməyə çağırıblar. Müraciətdə seçkilərin düzgün keçirildiyi, qubernatorların onları təsdiqlədiyi, bütün şikayətlərin nəzərdən keçirildiyi bildirilir və deyilir: “ABŞ-ın Silahlı Qüvvələrini seçkilərlər bağlı çəkişmələrə cəlb eləmək cəhdləri bizi təhlükəli, qanuna  zidd və Konstitusiya sərhədlərindən kənara çıxan vəziyyətə sala bilər”.

Məktubda deyilir: “Konstitusiyanı daxili və xarici düşmənlərdən qorumaq üçün and içmişik. Andımız bir şəxs, yaxud da bir partiya ilə əlaqədar deyil”.

Dekabrı ayının axırlarında Newsweek jurnalı Pentaqondakı mənbələrə istinadən xəbər vermişdi ki, ABŞ Silahlı Qüvvələrinin və Vaşinqton ətrafında yerləşən hərbi hissələrin komandanlığı – Donald Trampın demokrat Cozef Baydenin Prezident postuna inauqurasiyasının keçiriləcəyi 20 yanvar tarixinə qədər hərbi vəziyyət elan edəcəyi halda – öz fəaliyyət ssenarini müzakirə edir.

Nəşrin yazdığına görə, bu müzakirələr Ağ evdən və ABŞ Silahlı Qüvvələrindəki Tramp tərəfdarlarından gizli şəkildə aprılır. İnauqurasiya və keçid dövründə paytaxta hərbçi yeritmək əmri alınacağı təqdirdə atılacaq konkret addımların planları tərtib olunur.  Hətta praktiki olaraq qeyri-real ssenariyə də ehtimal verilir – guya Tramp hərbçilərdən istifadə edərək seçki bülletenlərinin yoxlanılması üçün nəzərdə tutulan avadanlıqları ələ keçirəcək və noyabr seçkilərinin nəticələrini yenidən nəzərdən keçirmək imkanı qazanacaq.

Trampın milli təhlükəsizlik üzrə keçmş müşaviri Maykl Flinn bu yaxınlarda telekanallara müsahibəsində bir sıra ştatlarda seçkilərin yenidən keçirilməsi üçün ordudan istifadənin mümkünlüyü ehtimalını səsləndirmişdi.