ABŞ-ın nüvə bombası ilə silahlanmış qırıcısı havaya qalxdı… – VİDEO

27

ABŞ Hərbi Hava Qüvvələrinin dördüncü nəsil F-15E Strike Eagle qırıcısı ilk dəfə B61-12 atom bombası ilə silahlanıb.

Hurriyyet.org virtualaz.org-a istinadən xəbər verir ki, təyyarənin atom bombası ilə uçuş sınaqlarının görüntüləri yayılıb. Bildirilir ki, F-15E Strike Eagle Amerika təyyarələri arasında həmin atom bombasını daşımaq üçün ilk dəfə sertifikat alıb. Təyyarənin uçuşları mart ayında Nevada poliqonunda keçirilib.

ABŞ qırıcısının taktiki atom bombası sinfinə aid edilən həmin bomba ilə silahlanması onu faktiki olaraq  strateji silaha çevirir.

B61-12 termonüvə bombasının gücü 1 meqatonu keçmir. Həmin bomba ilə B-52 Stratofortress strateji bombardmançılarını, B-2 Spirit və perspektiv B-21 Raider strateji nüvə bombardançılarını, habelə F-15 Eadgle, F-15 Fighting Falcon və F-35 Lightning II qırıcılarını silahlandırmaq planlaşdırılır.