Hurriyyet.org xəbər verir ki, İngiltərədə ABŞ Hərbi Hava Qüvvələrinə məxsus F-15C markalı hərbi təyyarə təlim zamanı qəzaya uğrayıb.
Leyknhet bazasına yerləşmiş ABŞ Hava Qüvvələrinin açıqlamasında təyyarənin yerli vaxtla saat 09.40-da Şimal dənizinə düşdüyü bildirilir.
Qəzanın səbəbi və pilotun hazırkı vəziyyətinin necə olduğu hələlik bilinmir. Yardım üçün İngiltərənin axtarış-xilasetmə komandalarına müraciət edilib.
Hurriyyet.org