ABŞ-ın hərbi nəşri Qarabağ barəsində yazdı: “Türkiyə Fransanı oyundan çıxardı”

243

Hurriyyet.org xəbər verir ki, Amerikanın  “Defense Post” hərbi jurnalı Türkiyənin Qarabağ münaqişəsindəki rolunu təhlil edərək Türkiyənin Fransanı oyundan çıxardığını bildirib.

Jurnalın 27 noyabr tarixli sayında “Ermənistanın məğlubiyyətinin ardından Fransa Qarabağdakı təsirini davam etdirməyə çətinlik çəkir”  başlıqlı məqalə dərc edilib. Məqalədə 1994-cü ildən bəri ABŞ və Rusiya ilə birlikdə həmsədr olduğu ATƏT Minsk qrupunun iflasa uğradığı qeyd edilib. Regionda sülhə Rusiya ilə Türkiyənin təminat verməsi ilə Fransa Prezidenti Emmanuel Makronu ölkəsində də çətin vəziyyətə saldığı vurğulanıb, Azərbaycanın müharibədə qalib olub torpaqları geri qaytarmasının ardından Makronun təsirinin sıfırlandığı bildirilir. “Türklər üstünlük əldə elədilər. Fransa Ermənistanın yanında olmaqla özünü oyundan xaric vəziyyətə gətirdi. Minskdəki vəzifəsini Almaniya, yaxud da İsveç kimi ölkələrə verməlidir”.

Zərərçəkən türklərə qarşı məhkəmə

Fransada oktyabr ayında Ermənistan tərəfdarı olan nümayişçilərin yolu bağlayaraq keçirdikləri aksiya ilə əlaqədar iki nəfər türkə qarşı cinayət işi açılıb. 21 və 45 yaşlarında olan və Ardeş rayonunda yaşayan iki nəfər türkün ədliyyə nəzarəti altına alındıqları bildirilir. Vyen prokurorluğu türk vətəndaşların yaralanmasına səbəb olan Ermənistan tərəfdarı nümayişçilərlə bağlı hüquqi prosesin aparılıb-aparılmadığı ilə bağlı məlumat verməyib.