“ABŞ-ın dünyada yürütdüyü siyasət bumeranq kimi özünə qayıdır” – POLİTOLOQ

903

Ötən gecə hazırkı Prezident Donald Trampın tərəfdarları yeni seçilmiş Prezident Co Baydenin qələbəsinin Senat tərəfindən təsdiqlənməsinə mane olmaq üçün oraya hücum edib. ABŞ Konqresinə hücumu nəticəsində baş verən toqquşmalarda dörd nəfər ölüb, polis 52 nəfəri həbs edib. Etiraz aksiyalarından sonra,  Vaşinqtonda fövqəladə vəziyyətin müddəti uzadılıb.

Demokratiyanın beşiyi sayılan Amerika Birləşmiş Ştatlarında etirazlar səngiməzsə, bunun dünyaya hansı təsirləri olaacaqmı?

Mövzuyla bağlı Hurriyyet.org-a açıqlama verən politoloq Əhəd Məmmədli, 1814-cü ildən etibarən ilk dəfədir ki, ABŞ konqresinə hücum olunduğunu bildirib:

“1814-cü ildən etibarən ilk dəfədir ki, konqresə hücum olur. Əgər,  bu Donald Trampın tərədarları  tərəfindən təşkil olunubsa, aksiyaların qısa müddətdə qarşısı alıanacaq və Donald Trampa da öz yeri göstəriləcək. Amma, Amerika Birləşmiş Ştatları qurulandan bu dövləti idarə edən ailələr və elitaların qarşıdurmasıdırdısa, o zaman  ciddi fəsadlara yola aça bilər. Hətta, aksiyaların bu həddə çatması ABŞ-ın sonuna gətirib çıxara bilər. Təbii ki, bu gedişatdan aslı olacaq. Dünyada Amerika Birləşmiş Ştatlarına inam artıq itib. Artıq, inam illərdir ki, itməkdə davam edir. Çünki, ədalətsiz mövqe sərgiləyir. Amerika Qüdsü İsrailin paytaxtı kimi tanıyan zaman, BMT-də səsvermədə bir çox dövlətlər ABŞ-ın qərarını dəstəkləməmişdi. ABŞ-ı ancaq kiçik və protokol qaydaları olan ölkələr dəstəkləmişdir. Artıq, ABŞ müttəfiqlərinin də inamını itirib. Ona görə də ABŞ illərdir apardığı siyasətin fəsadlarını görür. Həmin siyasət bumeranq kimi özünə qayıdır. Demokratik dövlət kimi tanına ABŞ hazırda aksiyalarla yadda qalır. Ən azı ötən gecə bütün dünya buna şahid oldu. Əgər, aksiyalar Donald Trampın tərafdarları tərəfindən keçirilirsə, seçki nəticələri  dəyişməyəcək. Etirazlar olması Amerika dərin dövlətinə gedib çıxacaqsa, o zaman nələrsə dəyişə bilər. Ümumilikdə, seçki nəticələrinin dəyişiləcəyini az ehtimal edirəm”.

YƏHYA