ABŞ-ın COVID-19 peyvəndinin nə vaxt hazır olacağı açıqlandı

39

“Təhlükəsiz və təsirli olacağı halda cari ilin sonuna qədər ABŞ-ın COVID-19 peyvəndi hazır olacaq”.

BBC-nin məlumatına görə, bu sözləri ABŞ-ın Milli Allergiya və İnfeksion Xəstəliklər İnstitutunun direktoru Entoni Fauçi deyib.

E.Fauçi bildirib ki, əvvəlcə müəyyən edilmiş prioritetlərə uyğun vətəndaşlar üçün dozalar hazırlanacaq. Peyvəndin daha geniş istifadəsi üçün isə növbəti ilin daha bir neçə ayının keçməsi lazım olacaq.