ABŞ-ın Cənubi Kiprlə bağlı addımına Türkiyədən SƏRT ETİRAZ

75

Hurriyyet.org xəbər verir ki, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) mətbuat nümayəndəsi Ömər Çelik ABŞ-ın Şərqi Aralıq dənizi ilə bağlı qərarına sərt şəkildə etirazını bildirərək deyib: “Bu addımın sülh və sabitliyin təminatına kömək etməyəcəyi aşkardır”. O, ABŞ-ın Cənubi Kipr Yunan Respublikasını Beynəlxalq Hərbi Təlim (IMET) proqramına daxil eləməsi ilə bağlı deyib: “Şərqi Aralıq dənizində qeyri-sabitlik istiqamətindəki addımlardan heç kim xeyir görməyəcək. ABŞ-ın Cənubi Kipr Yunan Rəhbərliyini “Beynəlxalq Hərbi Təlim” proqramına daxil eləməsi  sabitlik anlayışını pozan bir addımdır. ABŞ-ın atdığı bu son addım problemin həllinə yox, həll edilməməsinə xidmət edəcəkdir”.

AKP mətbuat katibi bu açıqlamanı öz “Tvitter” hesabından verib. Açıqlamada deyilir: “Adadakı hər iki tərəfə bərabər davranmayan hər bir addım hüquqa ziddir. Cənubi Kipr tərəfini yeganə tərəf kimi qəbul edən yanaşmaların indiyə qədər nəticə almadığı aşkardır. Bundan sonra da nəticə alınmayacaqdır. Yunan tərəfi və Cənubi Kipr Türkiyəni və Şimali Kipr Türk Respublikasını başqa ölkələrə şikayət eləməklə heç bir nəticə ala bilməz. Haqsızlıqq və hüquq pozuntusu yolu ilə indiyə qədər heç bir nəticə alınmayıb. Türkiyə ilə Şimali Kipr Türk Respublikası öz mənafelərini sona qədər qoruyacaqlar”.

Çelik prezident R.T.Ərdoğanın AKP-nın iqtidara gəldiyi ilk günlərdən çıxışlarında Adada problemin həlli məsələsində “həmişə bir addım irəlidə olacağıq” dediyini xatırladaraq söyləyib: “Yunanıstan və Cənubi Kipr tərəfinin hüquqa zidd davranışları daima problemin həllinə mane olub. Bürgenstock  sammitindən indiyə qədər problemin həlli bağlı prezidentimizə verilən sözlərin heç birinə əməl etmədilər. Bu ikili standart Yunanıstan və cənubi Kipr tərəfinin problemin həllinə imkan verməyən siyasətini dəstəkləyib. ABŞ-ın bu son addımı problemin həllinə yox, daha da uzanmasına dəstək verəcəkdir. Şimali Kipr Türk Respublikası Adada hüquq və ədalətin təməli olan haqqlarını və mənafelərini axıra qədər müdafiə edəcəkdir. Türkiyə bu hüquq və mənafelərin güclü təminatçıdır”.

Hurriyyet.org