ABŞ-ın BMT-dəki nümayəndəsi BMT TŞ-dan inciyib: “Ölkəmiz haqqında neqativ söz deməyən qalmadı”

57

“BMT Təhlükəsizlik Şurası artıq daha təhlükəsiz, demokratik və çiçəklənən bir dünyanın qurulması uğrunda üzərinə düşən missiyasını yerinə yetirmir”.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu cümlə ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Kelli Kraftın “CBS News” kanalına verdiyi müsahibədə səslənib.

“Təəccüblə və həm də ikrahla gördüm ki, burada yer alan hər bir dövlət ABŞ haqqında neqativ mənada demədiyini buraxmadı. Özü də onların çıxışları qətiyyən “COVİD-19”un dünyaya hansı təsir göstəridiyi, pandemiyanın münaqişə bölgələrinə yayılması və ya inkişaf etməkdə olan ölkələrin düşdüyü vəziyyətlə bağlı deyildi. Bu dövlətlərin nümayəndəndələri sadəcə olaraq ABŞ-dan siyasi narazılqlarını dilə gətirdilər”,-deyə xanım Kraft bildirib.

Jurnalistin “nə üçün bu baş verdi” sualına amerikalı diplomatın cavabı maraqlı olub:
“Burası populyarlıq müsabiqəsinin keçirildiyi məkan deyil. Biz heç bir dəstək qrupu-falan da aramırıq. Lakin Tanrı bilir ki, onlar bizə arxa durmalıdırlar. Çünki ABŞ BMT-nin ən böyük donoru sayılr. Bizlər koronavirusla mübarizəyə bütün dünyaya 20 milyard dollar pul ayırmışıq. Ona görə də indi bu dövlətlərin həyasızlıqla belə anlardan siyasi məqsədlər üçün istifadə etməsi ən azı təəssüf doğurur”.