ABŞ-ın Ayasofya ilə bağlı açıqlamasına Türkiyədən CAVAB

81

Hurriyyet.org xəbər verir ki, ABŞ-ın xarici işlər naziri Mayk Pompeo Türkiyəni Ayasofya məbədinin muzey statusunu dəyişdirməməyə çağırıb. Hakim AKP (Ədalət və İnkiaf Partiyası) partiyasının sədr müavini Numan Kurtulmuş Türkiyənin suverenliyi ilə əlaqədar məsələ olan Ayasofyanın statusu ilə bağlı qərar vermək səlahiyyətinin yalnız Türkiyənin öz əlində olduğunu açıqlayıb.

Türkiyə XİN mətbuat katibi Hami Aksoy da ABŞ XİN-in Ayasofya barəsindəki bəyanatını heyrətlə qarşıladıqlarını bildirib. Aksoy deyib: “Suveren hüquqlarımız barəsində “xəbərdarlıq edirik, diktə edirik” üslubu ilə danışmağa heç kimi həddi çatmaz”.

ABŞ xarici işlər naziri Mayk Pompeo açıqlamasında Türkiyənin Ayasofyanı artıq 100 il müddətində muzey kimi idarə elədiyini xatırladaraq deyib: “Türkiyə hökumətini Ayasofyanın muzey statusunu davam etdirməyə və oranın hamı üçün əlçatan olmaqda davam etməsini təmin eləməyə çağırırıq”.

Türkiyənin ədliyyə naziri Əbdülhəmid Gül “Tvitter”dəki açıqlamasında deyib: “Ayasofyanın statusunda yeganə söz sahibi Türkiyə Respublikasıdır. Bu müqəddəs məbədin möhrü də, mülkü də Türkiyənindir”.

Hurriyyet.org