ABŞ-ın 740 milyard dollarlıq müdafiə büdcəsi layihəsi hazırlandı – Türkiyəyə F-35 təyyarələri veriləcəkmi?

141

Hurriyyet.org xəbər verir ki,  ABŞ Senatının Silahlı Qüvvələr Komitəsi Milli Müdafiə Səlahiyyət Qanunu (NDAA) adlanan 2021-ci il milli müdafiə büdcəsi ilə bağlı qanun layihəsini təsdiqləyərək Senatın Baş Assambleyasına göndərib. Qanun layihəsində f-35 və Türkiyə detalı diqqəti cəlb edir.

Komitə 2 nəfər əleyhinə, 25 nəfər lehinə olmaqla ümumilikdə 740,3 milyard dollarlıq müdafiə büdcəsi nəzərdə tutan qanun layihəsi hazırlayıb.

F-35 və Türkiyə məsələsi

Qanun layihəsində 2021-ci maliyyə ili ərzində 95 ədəd F-35 təyyarəsinin satılmasına razılıq verilib.

F-35 təyyarələri ilə bağlı hissədə deyilir: “Türkiyənin F-35 proqramından çıxarıldığı üçün satın alınıb təslim edilməyən 6 ədəd Tük F-35 təyyarəsinin ABŞ Hava Qüvvələri üçün yenidən hazırlanıb istifadə edilməsi səlahiyyətini verir”.

Layihə Senatın Baş Assambleyasında da qəbul edildikdən sonra Nümayəndələr Palatasının müvafiq komitə və Baş Assambleyasında qəbul edilən versiya ilə birləşdirilərək vahid qanun layihəsi vəziyyətinə gətiriləcək və təsdiqlənməsi üçün ABŞ prezidenti Donald Trampa təqdim ediləcək.

Hurriyyet.org