“ABŞ ilə Cənubi Kipr arasındakı razılaşma sülhə xidmət eləməyəcək”

63

Hurriyyet.org xəbər verir ki, Türkiyə Cənubi Kipr Yunan Respublikası ilə ABŞ arasındakı razılaşma memorandumuna etirazını bildirib.

12 sentyabr tarixində Cənubi Kipr Yunan Respublikası ilə ABŞ arasında imzalanmış və Cənubi Kiprdə “Quru, açıq dənizlər və liman təhlükəsizliyi mərkəzi” qurulmasını nəzərdə tutan memorondumla bağlı açıqlama verən Türkiyə XİN mətbuat katibi Hami Aksoy bu razılaşmanın Şərqi Aralıq dənizində sülh və sabitliyə xidmət etməyəcəyini, Kipr məsələsinin həllinə də zərər verəcəyini, razılaşmada Şimali Kipr Türk Respublikasının yox hesab edildiyini bildirib.

Aksoy ABŞ-ın son dövrdə Cənubi Kiprə silah embarqosunu ləğv eləməsini və yunan tərəfini hərbi təlim proqramına daxil eləmək addımlarının Kipr adasında balansı pozduğunu və Şərqi Aralıq dənizində gərginliyi artırdığını qeyd edib, ABŞ Xarici İşlər naziri Mayk Pompeonun adaya səfəri zamanı Kipr Türk tərəfi ilə görüşməməsinin də bu baxımdan diqqəti cəlb elədiyini bildirib.