ABŞ-ı çətinliyə salacaq HESABAT: Süleymaninin Trampın əmri ilə qətlə yetirilməsi qanunsuzluqdur

36

Hurriyyet.org xəbər verir ki, BMT tərəfindən iranlı general Qasım Süleymaninin öldürülməsi ilə bağlı hesabat hazırlanıb. BMT-nin məhkəməsiz edamlar üzrə xüsusi hesabatçısı Aqnes Kallamardın hazırladığı hesabatda ABŞ-ın hücumunun hüquqa zidd olduğu vurğulanır və deyilir: “General Süleymaninin vurulması və yanındakıların da öldürülməsi əsassız qətldir və beynəlxalq insan hüquqlarına görə, ABŞ bu qətlə görə məsuliyyət daşıyır”.

Hesabatda deyilir: “General Süleymani Suriya və İraqda İraqda İranın hərbi strategiyası və əməliyyatları üzrə məsul şəxs idi. Lakin həyata qarşı bir təhdid olmadığından ABŞ tərəfindən atılan addım qanuni deyildi”.

Bəlli olduğu kimi, İran İnqilabı Keşikçiləri Korpusunun generalı Qasım Süleymani 3 yanvar tarixində Bağdadda ABŞ prezidenti Donald Trampın əmri ilə öldürülüb.

Hurriyyet.org