ABŞ hökuməti ÜST-ü rəsmən tərk etdiyini Konqresə BƏYAN ETDİ

42

Hurriyyet.org xəbər verir ki, ABŞ-da Donald Trampın rəhbərlik elədiyi  iqtidar Ümumdünya Səhiyyə Təşkilatını rəsmən tərk elədiyinə dair Konqresə məlumat vermək üçün bildiriş təqdim edib.

Nyu-Cersi senatoru və Senatın Xarici Əlaqələr Komitəsinin sədri Bob Menendez “Tvitter” şəbəkəsindəki açıqlamasında yeni tipli koronavirus epidemiyasının hələ də davam elədiyini bildirərək yazıb: “Bu pandemiyanın ortasında Konqres prezident Donald Trampdan ABŞ-ın ÜST-ü rəsmən tərk elədiyi barəsində bildiriş alıb”.

Menendez Tramp iqtidarının bu addımının Amerika hökumətini “xəstə və tək-tənha” qoyacağını qeyd edib.

Digər tərəfdən isə ABŞ mətbuatına müsahibə verən və adı açıqlanmayan bir Ağ Ev məmuru da rəsmi çıxışın bazar ertəsi günündən etibarən qüvvəyə minəcəyini və rəsmi bildirişin BMT-nin baş katibi Antonio Quterresə təqdim edildiyini bildirib.

Tramp 14 aprel tarixində ÜST-ü Kovid-19 epidemiyası ilə mübarizədə bacarıqsızlıqda və Çinin tərəfini tutmaqda ittiham edərək, təşkilata verilən maliyyə dəstəyini dayandırdıqlarını bəyan eləmişdi. 29 may tarixində isə Tramp belə bir açıqlama vermişdi: “Bu gündən etibarən Ümumdünya Səhiyyə Təşkilatı ilə əlaqəmizi dayandırırıq”.

Hurriyyet.org