ABŞ Dövlət Departamenti: “Slovakiyanın rus diplomatlarını ölkədən qovmaq qərarını alqışlayırıq”

69

 

Hurriyyet.org xəbər verir ki, ABŞ-ın Dövlət Departamenti Slovakiyanın Rusiya diplomatlarını ölkədən çıxarmaq qərarını alqışlayıb. Bu barədə açıqlamanı ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Morqan Ortaqus verib. Morqan Ortaqus öz “Tvitter” səhifəsində yazıb: “Bununla da Slovakiyanın Xarici İşlər Nazirliyi aydın şəkildə bildirib ki, Rusiyanın Slovakiyanın və ya ümumilikdə Avropanın ərazisində siyasi motivli cinayətkar əməllərinə dözməyəcəkdir”.

Bu günlərdə Slovakiya üç rusiyalı diplomatı arzuolunmaz şəxs elan edib. Onlar cari həftənin sonuna qədər ölkəni tərk eləməlidirlər. KİV-in məlumatına görə, bu addımın atılmasının səbəbi həmin şəxslərin casusluqda şübhəli hesab edilməsidir.

Rusiya Xarici İşlər Nazirliyinin açıqlamasında bu addıma eyni şəkildə cavab veriləcəyi bildirilir.