ABŞ darmadağın oldu, Avropa İttifaqı… – Dünyanın YENİ LİDERİ hansı ölkədir?

42

Koronavirus II Dünya müharibəsindən sonra qurulan dünya nizamını sarsıtdı və Çinin yüksəlməsinə səbəb oldu.

Bu barədə Fransanın “Le Monde” qəzeti yazıb.

Qəzetin manşet yazısında bildirilir ki, ABŞ hazırki vəziyyətdə XX əsrdəki kimi dünya liderliyi rolunu oynaya bilmir: “Vaşinqton son illərdə dünya liderliyi rolundan get-gedə uzaqlaşdı, koronavirus pandemiyası isə son zərbə oldu”.

Məqalədə qeyd olunur ki, pandemiya Avropa İttifaqına da ciddi zərbə endirdi.

“Pandemiya qarşısında silahsız qalan Aİ virusun ən çox zərər vurduğu ölkələrə yardım belə edə bilmədi. Aİ-nin yeni dünya nizamında yer ala bilməsi üçün öz daxilinə yenidən baxması lazımdır”, – “Le Monde” yazır./publika.az/