ABŞ-dan qəribə bəyanat: “Dağlıq Qarabağ münaqişəsinin güclə həlli mümkün deyil”

330

“Vaşinqton Bakı və İrəvanı ATƏT-in Minsk Qrupu həmsədrləri ilə danışıqları bərpa etməyə çağırır. Qrupun fəaliyyətinin yenidən bərpa etməkdə məqsəd bölgədə uzunmüddətli sülhə nail olmaqdır”.

Bu sətirləri 3 dekabr cümə axşamı, ATƏT ölkələri Xarici İşlər Nazirləri Şurasının iclası zamanı ABŞ dövlət katibinin birinci müavini Stephen Biegun söyləyib. O, muzdluların dərhal Dağlıq Qarabağ ərazisini tərk etməyə, Bakı və İrəvanı isə onların gedişlərini asanlaşdırmağa çağırıb.

Qeyd: Azərbaycanla ABŞ arasına 10 saatlıq zaman fərqini bilirdik. Amma görünən odur ki, ABŞ-ı Azərbaycandan ən azı 2 aylıq zaman fasiləsi ayırırmış. Belə olmasa idi, ABŞ müharibənin qurtarmasından və əsaslı sülhün bərqərar olmasından 23 gün sonra deməzdi ki, “Münaqişənin güclə həlli mümkün deyi”.

Üstəlik Amerika Azərbaycanı və Ermənistanı muzdluları yola salmağa çağırır. Burda Məşədi İbadın bir ifadəsi yada düşür: “Heyvanına şükür…” Gör dünya kimlərin və hansı ölkələrin ümidinə qalıb. Bu bəyanat əslində ABŞ-ın və Qərbin mahiyyətini göstərir. Dağıl a, dünya \\KONKRET