ABŞ-dan Maduroya qarşı yeni oyun: Quaidonu tanımaq qərarımız dəyişməyəcək

108

Hurriyyet.org xəbər verir ki, ABŞ höküməti, Venezulada Maduronun 6 dekabrda keçirməyi planlaşdırdığı seçkilərə bağlı Vaşınqton rəhbərliyinin ölkənin legitim lideri olaraq Juan Quaidonu tanıma qərarını dəyişdirməyəcəyini bəyan etdi.

ABŞ-ın Venezueladakı xüsusi təmsilcisi Elliot Abrams, ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin iclasındakı çıxışında, Maduronun 6 dekabrda hazırlamağı planlaşdırdığı seçkilərin Vaşinqton rəhbərliyinin mövqeyini dəyişdirməyəcəyini bildirib.

“MADURONUN HEÇ BİR ADDIMI QƏRARIMIZI DƏYİŞDİRMƏYƏCƏK”

Abrams, Venezuela Milli Məclisində əksəriyyəti idarə edən muxalifət lideri Quaido barəsində deyib: “Bizim üçün Venezuelanın qanuni dövlət rəhbəri bu gün də, 5 Yanvar 2021 tarixindən sonra da Xuan Quaidodur”.

Marudonun atacağı heç bir addımın dünyadakı bir çox ölkə, xüsusilə də ABŞ üçün Quaydonun qanuni mövqeyini dəyişdirməyəcəyini vurğulayan Abrams, ABŞ-ın bu yanaşmasının yalnız Venesueladakı rejimin dəyişməsindən sonra dəyişə biləcəyini bildirib.

Hurriyyet.org