ABŞ-dan İncirlik bazasının köçürülməsi ilə bağlı açıqlama

90

Hurriyyet.org xəbər verir ki, ABŞ-ın Türkiyənin Adana şəhərindəki hərbi bazasını Yunanıstanın Krit adasındakı Suda bazasına köçürəcəyi barəsindəki xəbərlər Pentaqon tərəfindən təkzib edilib.

ABŞ-ın Müdafiə Nazirliyinin mətbuat katibi Tomas Kempbell “Anadolu Agentliyi”nə müsahibəsində ABŞ-ın İncirlik Hava Bazasına köçürmək planının olmadığını söyləyib.

Podpolkovnik Kempbell deyib: “ABŞ Türkiyə hökumətinin dəvəti ilə on illərdir İncirlik Hava Bazasından istifadə edir, bu baza NATO müttəfiqimiz Türkiyə ilə güclü ittifaqımızın isbatı olaraq qalacaq”.