ABŞ-dan Almaniyaya açıq təhdid

42

Hurriyyet.org xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Almaniyanın NATO-ya vəsait göçürmək məsələsinə məsuliyyətsizliklə davrandığını bildirərək, ABŞ-ın bu ölkədəki hərbçi sayını 25 min nəfərə qədər azaldacağını bildirib.

Tramp deyib: “Almaniyadakı hərbçilərimizin sayını 25 min nəfərə qədər azaldacağıq. Bildiyiniz kimi, Almaniya NATO vəsaitlərinin ödənilməsinə məsuliyyətsizliklə yanaşır. Almaniyanın NATO-ya milyardlarla dollar borcu var. Onlar ödəmə etməyəcəklərsə, biz orada hərbçiləri necə saxlayaq?”

Amerikada dərc edilən “Wall Street Journal” nəşrinin 5 iyun tarixli xəbərində Ağ Evin milli təhlükəsizlik müşaviri  Robert O’Brien tərəfindən imzalanmış qərar ilə Almaniyadakı ABŞ hərbçilərinin üst limitinin 25 minə endirilməsi əmri verilib.

Hurriyyet.org