ABŞ-dan açıqlama: “Səncarda PKK yox, İranla Türkiyə olmalıdır”

48

Hurriyyet.org xəbər verir ki, ABŞ-ın Xarici İşlər nazirinin Yaxın Şərq üzrə məsul birinci nazir müavininin köməkçisi Coui Huud 19 avqustda Vaşinqtonda keçirilən ABŞ-İraq danışıqları ilə bağlı mətbuat konfransı keçirib.

Coui Huud deyib: “İraq Kürd Regional Muxtariyyəti İraqın mərkəzi hökuməti və Türkiyə ABŞ-ın digər koalisiya ölkələrinin müşavirliyi və dəstəyi ilə birlikdə əməkdaşlıq edə bilərlər. Səncar kimi yerlər, PKK da daxil intizamsız silahlı qruplardan təmizlənə bilər və orada xalq tərəfindən qəbul ediləcək bir mülki hakimiyyət qurula bilər”.

Huud məsələnin yüksək səviyyədə hərtərəfli şəkildə müzakirə edildiyini, problemin həlli prosesinin başlanması üçün Səncarda daha gözəl yer tapılmadığını qeyd edib.