ABŞ-dan 5 ölkəyə 7 milyard 480 milyon dollar həcmində hərbi satış

120

Hurriyyet.org xəbər verir ki, ABŞ Xarici İşlər Nazirliyi Fransa, İsrail, İndoneziya, Argentina və Litva ölkələrində 7 milyard 480 milyon dollar həcmində hərbi ləvazimat satışına razılıq verib.

ABŞ Müdafiə və Təhlükəsizlik Əməkdaşlığı Agentliyindən verilən açıqlamada deyilir: “Xarici İşlər Nazirliyi Fransaya xarici hərbi satış çərçivəsində 2 milyard dollar qarşılığında 3 ədəd E-2D Advanced Hawkeye təyyarəsinin və digər məhsulların satışına razılıq verib”. “Anadolu Agentliyi”nin xəbərinə görə, açıqlamada Havadan Erkən Xəbərdarlıq və Nəzarət platforması olaraq istifadə edilən E-2 təyyarələri ilə yanaşı, Fransaya 10 təyyarə motoru, 3 radar hissəsi, bu təyyarələr üçün elektron dəstək, naviqasiya sistemləri və ehtiyat parçalar verildiyi bildirilir.

ABŞ XİN həmçinin, İndoneziyaya 2 milyard dollar qarşılığında 8 ədəd MV-22 Osprey tipli, çoxfunksiyalı vertolyot, 24 ədəd ehtiyat motoru, 2 infraqırmızı görmə radarı, 20 ədəd raket xəbərdarlığı sistemi və bir o qədər də radarqəbuledici satışına icazə verib.

ABŞ XİN İsrailə 3milyard dollar məbləğində 990 milyon qalon reaktiv təyyarə yanacağı satışına icazə verib.

ABŞ XİN-in icazəsi ilə Litvaya 380 milyon dollar dəyərində 6 ədəd UH-60 tipi Qara Şahin vertolyotu, Argentinaya isə 100 milyon dollar dəyərində 27 M1126 Stryker satışına icazə verdiyi bildirilir.

Hurriyyet.org