ABŞ-dakı təxribatların pərdəarxası

267

Qlobalistlər Trampı necə oyuna gətirdilər…

ABŞ-ın 2020-ci il prezident seçkilərinin nəticələri ilə razılaşmayan və səsvermənin düzgün keçirilmədiyini bildirən, ona qarşı haqsızlıq edilərək hüquqlarının pozulduğunu bildirən Donald Tramp, nəhayət ki, dolayısı ilə uduzduğunu qəbul etdi. Artıq hakimiyyəti sakitcə, qaydalara uyğun olaraq təhvil verəcəyini bəyan etməsinə baxmayaraq, ona qarşı cinayət işi açılması təklifləri səsləndirilir. Hansı ki, yanvarın 6-da Konqress binasına vətəndaşların hücumu ilə Tramp haqsız duruma düşürüldü. Hücumun sirli məqamlarından biri o idi ki, kəşfiyyat xidmətləri olan FBİ və CİA-nın basqından xəbəri yox idi. Kosmosdan belə kəşfiyyat işləri aparan, yerin istənilən nöqtəsini izləyən, nəzarət altına alan ABŞ dərin dövlətinin bu hücumdan xəbərsiz olduğu ortaya çıxdı və ya Trampa son zərbəni vurdu.

Trampın prezidentlik müddətinin sonuna qədər Ağ Ev-də qalması insanlara təhlükə kimi təlqin edilməkdədir. Əslində, seçkilərdə səslərin Trampdan Baydenə ötürülməsi ilə ABŞ-ın demokratik dövlət imici yerlə bir oldu. Koronavirus bəhanəsilə səsvermənin poçtla keçirilməsindən artıq bəlli idi ki, söhbət dürüst səsvermədən yox, səslərin istənilən variantda hesablanmasından gedəcək. Tramp əvvəldən kürəsəl oliqarxiyanın “kürəsəl fırıldağı”nın – koronavirus həngaməsinin əleyhinə idi.

Bilindiyi kimi, Tramp ABŞ Əfqanıstandan başlayaraq Yaxın Şərqin digər dövlətlərinə hücum və qarət üçün istifadə etdiyi “terrorla müharizə” bahənəsi olan İŞİD-i dövriyyədən çıxardı. Suriyadan “neft əraziləri əlimizdədir” deyərək ABŞ qoşunlarını ölkədən çıxarmağa başladı. Amma, əlbəttə, karbohidrogen mənbəyi olan əraziləri əlinə keçirməklə.

Qlobal əczaçı firmalar Trampı yola salmaq üçün Baydenlə anlaşdılar. Bu firmalar Trampın dönəmində koronavirus peyvəndini istehsal etmədilər. Məhz seçkilər bitəndən və Tarmpın məğlubiyyəti elan olunandan sonra peyvəndin hazır olduğunu bəyan etdilər. Beləliklə. Koronavirusdan vəfat edənlər də Trampın “hesabına” yazıldı. Və son iki gündə vitse-prezident Mayk Pensin köməyi ilə Trampa qarşı oyun oynadı. Belə ki, Trampı səsvermənin nəticələrini dəyişdirmək üçün tərəfdarlarını etiraz aksiyasına səsləməyə inandırdılar. Çox güman ki, yanvarın 6-da Konqresə hücum edənlərin arasında məhz təxribatçı qrupların əməkdaşları da aksiyaçıları qızışdırmaq və effektiv tamaşanın oynana bilməsi üçün iştirakçı idilər.

Beləliklə, çərşənbə günü amerikalıların televiziya ekranlarında gördükləri təkcə ABŞa demokratiyasına qarşı bir qiyam deyildi, eyni zamanda ağ irqin üstünlüyünü qabartmaq, vurğulamaq üçün düzənlənən tamaşa idi. Bəs bu tamaşanın məqsədi nə idi? Qara irqin ayaqlanmağını təmin etmək üçün bəhanə ürətmək. Hətta ABŞ-ın aborigen əhalisi olan qızıldərili irqin də ayaqlanmasını yəqin ki, görəcəyik.

Trampın “tərəfdar” dəstələri ofisləri talan etmək, qanunverici orqanın əməkdaşlarına zor tətbiq etmək və prezident seçkilərini nəticələrinin təsdiqlənməsini dayandırmaq üçün Konqresə basqın edərkən, vəzifəsi asayişi qorumaq olan Kapitol polisi tərəfindən olduqca zəif güc nümayişi ilə qarşılandı. Məlumata görə, 50-dən çox zabit yaralanıb. Hansı ki, qiyamçıların polisə hücum görüntüləri internetdə də yayıldı. Bu zorakılıq aktlarının çoxuna zabitlər həddən artıq təmkinlə və ya tam təslimiyyətlə cavab verdilər…

Videolarda bu çaxnaşmada münasibətlərin mehriban tərəfi də təsvir olunur: şəbəkələrdə yayılmış çəkilişdə bir qiyamçı Kapitol salonunun içərisində bir zabitlə selfi çəkdirdiyini göstərir, digərləri polislərin qiyamçıları yenicə ələ keçirdikləri binadan bayıra çıxardığını təsvir edirlər. Bu səhnələr, millətin sadəcə neçə ay əvvəl, “Black Lives Matter” etiraz aksiyaları zamanı gördükləri polis davranışı ilə tam ziddiyyət təşkil edir. Xatırladaq ki, o zaman dinc nümayişçiləri gözyaşardıcı qazlarla yerlərdə sürüdülər.

“Associated Press”in verdiyi məlumata görə, Kapitol polisi Konqresə hücumun baş verməsindən bir neçə gün əvvəl bu təxribatın olacağını bilib. Lakin Milli Qvardiyanın və FTB-nin yardım təkliflərini rədd edib. Rəsmilər iddia ediblər ki, bu yay etdikləri kimi amerikalılara qarşı federal güc tətbiq etməkdən çəkinmək istəyiblər.

Kapitoliyə hücum xəbərdarlığlarına baxmayaraq, köməkdən imtina etmək qərarı açıqca narahatlıq doğuran səbəbdir: Niyə hüquq-mühafizə orqanları qərara almışdılar ki, iyunda “Black Lives Matter” yürüşü edən nümayişçilərin zorakılığına məruz qalacaqlar, amma indi isə düşünüblər ki, Trampı dəstəkləyən ekstremistlər və üsyançılardan ibarət böyük ağdərili izdihamı dinc davranacaq?  Qaradərili amerikalılara qarşı polis vəhşiliyi və ağ amerikalılara qarşı polisin “hərəkətsizliyi”nin mahiyyəti nədir?

Amerika polis fəaliyyətinin səbəbi qaradərililərin köləlik institutu və ağdərililərin üstünlüyü ilə bağlı ola bilər. Hər şey 1700-cü illərin əvvəllərindəki “kölə patrulları” ilə başladı və 1850-ci ildə qaradərililərin köləlikdən qaçmasının qarşısını almaq və azad qaradərililərin oğrulanmasına şərait yaratmaq üçün qəbul edilən “Qaçaq kölələr haqda qanun” ilə davam etdirildi. Ağ vətandaşlar cənublu plantasiya sahiblərinin “oğurlanmış əmlakı”nı istənilən yolla qaytarmaq üçün “kölə ovçuları” kimi işə cəlb edildi. Y.E. Dyubua 1903-cü ildə yazdığı “Qara camaatın ruhları” adlı mətnində qeyd edirdi ki, “polis sistemi yalnız qaradərililərlə mübarizə aparmaq üçün qurulub və öz-özlüyündə sakitcə təxmin edirdi ki, hər ağdərili kişinin “ipso fakto” həmin polisin üzvüdür”. Qara xalqın azadlığının qarşısını almaq, onlara seçim haqqı vermək və ağdərilərin mənafelərini qorumaq üçün qurulmuş Amerika polisinin ilkin ideologiyası bugünkü polis sistemində hələ də var.

Nyu York Polis İdarəsinin təhqiqat departamentinin keçən il açıqladığı 111 səhifəlik hesabatı göstərdi ki, “Black Lives Matter” etirazçılarının hüquqlarını polis kobud şəkildə pozub. Milyonlarla amerikalı 25 Mayda Corc Floydun öldürülməsindən sonra polisin dinc etiraz aksiyaları zamanı verdiyi cavabları “həddini aşmış zorakılıq” və Birinci Düzəlişin pozulması kimi qiymətləndirildi. Floydun ölümündən bir ay əvvəl isə, 30 apreldə ölkə əksəriyyəti ağır silahlanmış, evdə qalmaq əmrini pozmuş ağdərili aksiyaçıların etiraz etmək üçün Miçiqan ştatın paytaxtının küçələrinə çıxmasını izlədi, nəticədə Miçiqan əyalətinin polis qüvvələri ilə kiçik insident yaşandı. Bu faktlar onu deməyə əsas verir ki, Amerika polisi öz fəaliyyətini rənglərə görə müəyyənləşdirir.

ABŞ-ın demokratiya nağıllarının əksinə olaraq, irqçi dövlət olduğu məlum idi. Bunun üçün bu ölkənin tarixini araşdırmaq yetərlidir ki, azadlıq-demokratiya illüziyasının saxta olduğu aşkar edilsin. Hə, əlamətlərdən görünür ki, ABŞ-da vətəndaş müharibəsinin yelləri əsir. Bu super-dövlətin mövcudluğu dövründə bir dəfə olmuşdu. Hətta vətəndaş müharibəsini təsvir edən film də 30-cu illərdə istehsal edilmişdi – “Küləklə sovrulanlar”. Amma qarşıdan gələn müharibə modeli 1861-65 illərdəki münaqişəsindəki çöküş nümunəsinə bənzəməyəcək. İndiki variant daha çox Yuqoslaviyanın dağılmasına və ya 20-ci əsrin Rusiya və Çindəki vətəndaş müharibələrinə oxşayacaq, zamanla irəliləyən xaos kimi görünəcək. Növbəti ABŞ vətəndaş müharibəsi, baxmayaraq ki, mərkəzi hakimiyyətin “rəsmi əli” ilə müəyyən həddə ləngidililə biləcək, Çin Xalq Respublikası (ÇXR) da daxil olmaqla bir çox digər milli dövlətlərə təsir edəcək və vəziyyəti stabillik baxımından əndazədən çıxaracaq. 21-ci əsrin hadisələri 20-ci əsrin qayda-nizamının tədricən pozulması ilə nəticələnə bilər.

Yeni nizam nə qədər sürətlə oturuşacaqsa, vəziyyət o qədər tez sabitləşəcək. Bu prosesin gecikməsi gərginlik və çaxnaşmaların uzun sürməsinə gətirər. ABŞ-da qeyri-sabitlik dünyanın digər bölgələrinə yayıla bilər. Bu da dünyanın rezerv valyutasının və iqtisadi mərkəzinin yerdəyişməsinə gətirər ki, məlum durum qlobal səviyyəli problem ilə nəticələnər.

ABŞ-da Trampa səs verənlər və İngiltərədə “Brexit”ə səs verənlər 70 ildr ki, qurulan, milləti və millətçiliyin axırına çıxmaq niyyətində olan qlobalizmə qarşı çıxdı: şəhər qlobalizmi millətləri və millətçiliyi düşmən görür.

Müharibə kampaniyasının döyüş xətləri çəkilir və döyüşən tərəflərin seçim turu gedir. Şəhərli qlobalistlər xüsusilə ABŞ və Böyük Britaniyada, eyni zamanda Avropa, Kanada, Avstraliya və digər ölkələrdə millətçiliyə qayıtmağın qarşısını almaq üçün güclərini səfərbər edirlər. Şəhər qlobalistləri rabitə vasitələrinin – media orqanlarının əksəriyyətinə nəzarət edir. Bu səbəbdən “informasiya”nın işlənməsi və hadisələrin təlqin-təbliğat, çatdırılma prosesini idarə edirlər. Necə deyərlər, milliətçilər “qaranlıqda” fəaliyyət göstərirlər. İqtisadi canlanmanın yaxında olduğunu göstərən dair dəlillərə baxmayaraq, mümkündür ki, ABŞ disfunksiya, distopiya və anomiya mənşəyinə çevrilə bilsin. “İkinci vətəndaş müharibəsi”nə aparan yolla 1861-65-ci il Vətəndaş müharibəsinin səbəbləri arasında oxşar paralellər var. Hər iki hadisədə – 19-cu əsr hadisəsi və 21-ci əsr hadisəsi – əsasən şəhərli cəmiyyətin regional, ənənəvi cəmiyyətə qarşı qütbləşməsi var. “Şəhərli” qlobalistin Tramp üzərində “qələbəsi”, vətəndaş cəmiyyətinin kollapsına aparar – bölgələr şəhər diktatlarından imtina edərsə. Bu da öz növbəsində vətəndaş müharibəsinə gedən sürəci başladar. Bu, öz növbəsində, ÇXR-ə və digərlərinə zərbə vuracaq qlobal iqtisadi qeyri-müəyyənliyi gətirəcək.

ABŞ-ın Yaxın Şərqdəki neft resurslarına “çökməsi”, əslində Türkiyənin və Çinin bu resurslara əlinin çatmaması üçün idi. Bildiyimiz kimi, Çinin indiki inkişaf tempini təmin etmək üçün bu resurslara çox ehtiyacı var və ehtiyacını İrandan qarşılayır. ABŞ bu resursların satışını əlbəttə Çinə, istədiyi valyutaya, yəqin ki, dolları rezerv valyuta kimi saxlamaq üçün istifadə edəcək.

Ülviyyə ŞÜKÜROVA