ABŞ-dakı seçkilərin nəticəsi Qarabağ münaqişəsinə necə təsir edəcək? -Politoloq ŞƏRH ETDİ

90

Amerika Birləşmiş Ştatlarında  prezident seçkilərinin nəticələri açıqlanır. İlkin nəticələrə görə, Donald Tampın üstünlüyü davam edir.

Seçim nəticəsində hakimiyyətə gələcək prezidentin Qarabağ münaqişəsində nə kimi rol oynayacağı bütün həmvətənlərimizə maraqlıdır.

Məsələ haqqında Modern.az-a danışan politoloq Tofiq Abbasov Donald Tampın qalib olmasının Azərbaycan üçün daha əlverişli olduğunu deyib:

“Hazırda ölkədə qeyri-ənənəvi bir vəziyyət formalaşıb. Amerikada birbaşa səs verənlərin məramı nəzərə alınmır. Seçicilər kollegiyasının rəyləri prosesdə son söz olacaq. İndi vəziyyət 5050 –dir. Baydenin mövqeyi bəllidir, o sırf ermənipərəst bir siyasətçidir. Keçmiş Dövlət katibi Con Kennedinin vaxtında onun fəaliyyəti fəal idi. Onların təkidi nəticəsində Azərbaycanın mövqeyin’ kölgəyə salındı və bu? çox ədalətsiz bir qərar idi. Ermənilərin guya blokadaya salınmasını Azərbaycanın günahı kimi göstərdilər”.

Politoloqun sözlərinə görə, hansı namizədin qalib gəlməsindən asılı olmayaraq bu prosesin qalmaqalı hələ uzun çəkəcək:

“İstənilən halda, Amerika Birləşmiş Ştatlarının vəziyyəti ağrılıdır. Bilirsiniz, andiçmə mərasimi yanvar ayının 21-22-si keçirilir. Hesab edirəm ki, o vaxta qədər Azərbaycan məsələnin müqəddəratını həll edəcək. Heç bir qüvvə bizim qar.ımızı ala bilməz. Bizim işimiz haqq işidir, biz heç bir dövlətin ərazisinə iddia irəli sürmürük”.

Fidan ƏLİ