“ABŞ daha demokratiyanın mayakı deyil” – Darrok

111

Kapitolidəki hadisələrdən sonra ABŞ artıq demokratiyanın parlayan mayakı deyil.

Axar.az xəbər verir ki, bunu Britaniyanın ABŞ-dakı keçmiş səfiri Kim Darrok deyib.

“Bu ziyan ola bilsin ki, aradan qaldırılsın, ancaq çox vaxt aparacaq. Amma başqa ölkələr ABŞ-ı daha demokratiyanın parlayan mayakı kimi görməyəcək”, – Darrok bildirib.

Onun sözlərinə görə, məhz Tramp öz tərəfdalarına Kapitolini mühasirəyə almağa çağırmışdı və baş verən hadisələrdə qarşıdırmalar qaçılmaz idi.