ABŞ-da yeni virus təhlükəsi – RHDV2 nədir?

48

ABŞ-da dovşanlar arasında yeni ölümcül virus yayılıb.

RHDV2 kimi tanınan yeni ölümcül virus ev və çöl dovşanları arasında sürətlə yayılır.

Martın əvvəlində ilk dəfə olaraq ölkənin cənub-qərbindəki Nyu-Meksiko ştatında aşkar edilən virus, Texas, Arizona, Kolorado və Kaliforniya ştatlarında yayılmağa başlayıb.

Bildirilir ki, RHDV2-nin COVID-19-la heç bir əlaqəsi yoxdur. Hələlik insanlara yoluxmur. Yalnız dovşan növlərinə təsir göstərir və onları məhv edir.\\Publika