ABŞ-da təyyarə qəzası baş verib, ölənlər var

339

ABŞ-ın Texas ştatının Qrand-Preri şəhərində təyyarə qəzaya uğrayıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə yerli yanğınsöndürmə xidməti məlumat yayıb.

Məlumata görə, hadisə zamanı azı 2 nəfər həlak olub.

Qeyd edilir ki, təyyarə Texas ştatının Denton şəhərindən səmaya qalxıb. Qrand-Preri əyalət aeroportunda eniş edən təyyarə yenidən səmaya qalxıb, lakin az sonra qəzaya uğrayıb.

NBC telekanalının məlumatına görə, təyyarə telefon dirəyinə ilişib, sonra isə yerə enərək avtomobilə çırpılıb. Bu zaman avtomobildə olan 1 nəfər xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib.

ABŞ-ın Mülki Aviasiya Federal İdarəsi hadisə ilə bağlı təhqiqat aparır.