ABŞ-da şirkətin anbarında atışma olub, ölən və yaralanan var

57

ABŞ-ın Florida ştatının Ceksonvill şəhərində yerləşən “Amazon” şirkətinin anbarında atışma nəticəsində azı bir nəfər ölüb, bir nəfər yaralanıb.

“Report” xəbər verir ki, məlumatı CNN telekanalı yayıb.

Bildirilib ki, polis əməkdaşları “Amazon”un anbarında gecə saatlarında güllə yarası alan bir kişi və bir qadın aşkarlayıblar. Bir müddət sonra qadın ölüb, kişi isə xəstəxanaya yerləşdirilib.

Hadisənin səbəbi araşdırılır. Hər iki şəxs şirkətin əməkdaşı olub.