ABŞ-da polis şiddətinə qarşı silahlı yürüş – FOTOLAR

105

Ötən gün ABŞ-da yenidən irqçiliklə bağlı aksiya keçirilib.

Musavat.com xarici KİV-lərə istinadən bildirir ki, ABŞ-ın Kentuki əyalətinin Lousvil bölgəsində qara dərili etirazçılar martın 13-də polis tərəfindən öldürülən Breona Taylor üçün ədalət yürüşü keçirib.

Xatırladaq ki, 26 yaşlı Breona təcili tibbi yardım briqadasına işləyirdi. Mart ayının 13-də o, polisin səhvən başqa evə basqını nəticəsində öldürülmüşdü. Kentuki sakinləri onun ölümünə ədalət üçün yürüş təşkil edib.

Yürüşdə NFAC qrupunun minlərlə üzvləri əllərində avtomat silahla “Breona Taylor üçün ədalət” deyə qışqırıblar.

Məlumata görə yürüş zamanı bir nəfərin silahdan yanlışlıqla istifadə etməsi nəticəsində atəş açılıb və 3 nəfər yaralanıb. ABŞ polisi hadisə ilə bağlı araşdırmalara başladığını açıqlayıb.