ABŞ-da polis ölümü – Kapitoli iğtişaşlarının qurbanı

117

Hurriyyet.org xəbər verir ki, Kapitoli polisinin açıqlamasında ABŞ Konqresinin binasında baş verən iğtişaşlar zamanı yaralanmış polis əməkdaşı Brayan Siknikin dünyasını dəyişdiyi bildirilir. Açıqlama idarənin saytında dərc olunub.

Bəlli olduğu kimi, Cozef Baydenin qalibi olduğu bəyan edilən 3 noyabr seçkilərinin nəticələrinə etiraz edən Donald Tramp tərəfdarları çərşənbə günü Konqres binasına hücum edərək içəri daxil olmuşdular. Bunun qarşısını ala bilmədiyi üçün Kapitoli rayon polis şöbəsinin rəisi Stiven Sand vəzifəsindən istefa verib.