ABŞ-da Pfizer preparatı ilə kütləvi peyvəndləmə təsdiq olundu: Tramp bəyanat verdi

408

ABŞ-da Qida və Dərman vasitələrinə Nəzarət İdarəsi, Pfizer (ABŞ) və BioNTech (Almaniya) tərəfindən birgə yaradılan koronavirus peyvəndinin təcili istifadəsini təsdiqlədi. Dialogue.UA xəbər verir ki, bu barədə ABŞ Qida və Dərman vasitələrinə Nəzarət İdarəsinin (FDA) saytında deyilir. FDA Komissarı Stiven M.Xan bildirib ki, “İlk COVID-19 peyvəndinin təcili istifadəsi üçün FDA icazəsi ABŞ və dünyada bir çox ailələrə zərər vurmuş bu dağıdıcı pandemiyaya qarşı mübarizədə vacib mərhələdir”. Bu arada, ABŞ-ın 45-ci prezidenti Donald Tramp bu barədə Twitter səhifəsində video mesaj yayımladı. O, ABŞ-da peyvənd vurulmasının “24 saatdan da tez” başlayacağını qeyd edərək, bunu “həqiqətən yaxşı xəbər” adlandırdı. Trampın sözlərinə görə, əhalinin peyvəndlərnməsi milyonlarla insanı xilas edəcək və bununla da ABŞ-da koronavirus pandemiyasına son qoyacaq. O, həmçinin peyvəndin istifadəsini “tarixin ən böyük uğurlarından biri” adlandırdı.

Tərcümə etdi: Ülviyyə Şükürova